Fev
2019
10:45
61
19
3096
Virtual karabakh

“Real” 1/4 finalda, “İnter” kubokla vidalaşdı - VİDEO

1 Fev, 2019
10:45
3096

“Real” 1/4 finalda, “İnter” kubokla vidalaşdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə İspaniya və İtaliya Kubokunun 1/4 final görüşləri başa çatıb.

Oxu.Az xəbər verir ki, İspaniya Kral Kubokunun 1/4 final mərhələsinin son görüşündə “Real” Kataloniya səfərində “Jirona” ilə qarşılaşıb. 

Madriddə 2:0 qalib gəldiyi rəqibini “Kral klubu” yenə eyni top fərqi ilə məğlub edib – 3:1. “Real”dan qolları fransalı Karim Benzema (2) və Markoz Lyorente vurub.

İtaliya Kubokunun 1/4 finalının son görüşündə isə “İnter” Milanda “Latsio”nu qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Lakin 108-ci dəqiqədə Çiro İmmobile Roma klubunu önə keçirib. Lakin “Latsio”nun rumıniyalı sol cinah müdafiəçisi Ştefan Radu 124-cü dəqiqədə penaltiyə səbəb olub.

Argentinalı Mauro İkardi 11 metrlik nöqtədən qol vuraraq görüşün taleyini penaltilər seriyasına aparıb. Penaltilərdə isə qonaqlar 4:3 hesabı ilə qalib gəlib.

Beləliklə, 1/2 finalda “Milan” – “Latsio” və “Fiorentina” – “Atalanta” görüşləri keçiriləcək. Cütlüklər 6 və 27 fevralda iki görüşlə finalçını müəyyən edəcək.  

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri