Fev
2019
13:04
19
334
2302
Virtual karabakh

“Formula-1”in icraçı direktoru: Üç illik müqavilə daha əlverişlidir

5 Fev, 2019
13:04
2302

“Formula-1”in icraçı direktoru: Üç illik müqavilə daha əlverişlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” Şirkətlər Qrupunun icraçı direktoru Çeyz Keri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə bağlanan yeni müqaviləni şərh edib.

Oxu.Az xəbər verir ki, əcnəbi qonaq Azərbaycanla beş il yox, üç il müqavilə bağlanmasından danışıb:

“Biz dinamik dəyişən idman növündən danışırıq. Bu məsələdə iqtisadi imkanlar da nəzərə alınır. Bu üzdən düşündük ki, üç illik müqavilə daha əlverişlidir. Sonradan biz lazım gəldikdə, şərtlər imkan verərsə, yeni müqavilə bağlaya bilərik”.

Gənclər və İdman naziri Azad Rəhimov isə gələcəkdə azərbaycanlı pilotları bu yarışlarda görə biləcəyimizi bildirib:

“Gələcəkdə azərbaycanlı pilotları görə bilərik. Çünki bunun üçün bizdə kifayət qədər infrastruktur var. Avtomobil Federasiyası da bunun üçün lazımi işlər görür. Şərt o deyil ki, həmin azərbaycanlı pilotlar ölkəmizdən çıxsın, onlar xaricdə yaşayan azərbaycanlılar da ola bilər. Hazırkı günə baxdıqda bu səviyyədə yarışa biləcək pilotumuz yoxdur”.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Qran-Prisinin müddətinin 2023-cü ilədək uzadılması haqqında müqavilə bağlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri