Fev
2019
22:39
184
73
4805
Virtual karabakh

Madrid derbisindən “Real” qalib ayrıldı - VİDEO

“Real” klubu İspaniya çempionatının 23-cü turu çərçivəsində Madrid derbisində “Atletiko” komandasına qalıb gəlib.

Oxu.Az-ın xəbərinə görə, “Vanda Metroppolitano” arenasında keçirilən qarşılaşma “kral klubu”nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqlar hesabı 13-cü dəqiqədə açıblar. Künc zərbəsindən Serxio Ramosun ötürməsindən sonra Kazemiro fərqlənib.

Meydan sahibləri matçın 25-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Antuan Qrizmann adını tabloya yazdırıb.

İlk hissənin sonlarında Serxio Ramos penalti zərbəsini dəqiq yerinə yetirərək “Real”ı hesabda irəli çıxarıb. Oyunda son nöqtəni isə 74-cü dəqiqədə Qaret Beyl qoyub.

“Ateltiko” oyunu azlıqda başa vurub. Belə ki, 80-ci dəqiqədə Tomas Parti ikinci sarı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.

Bu qələbə sayəsində “Real” klubu xallarının sayını 45-ə çatdıraraq Primerada ikinci pillədə qərarlaşan “Atletiko”nu (44) qabaqlayıb. Turnir cədvəlinə isə 50 xalla “Barselona” başçılıq edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri