11 
Fev
2019
11:35
111
41
6713
Virtual karabakh

Ronaldu komanda yoldaşını “nokdaun”a saldı - VİDEO

“Yuventus” futbol klubunun şərəfini qoruyan Kriştianu Ronaldu İtaliya çempionatı çərçivəsində “Sassuolo” klubuna qarşı keçirilən matçda topa vurduğu güclü zərbə ilə komanda yoldaşı Sami Xediranı “nokdauna” salıb.

Maraqlı epizodun görüntüsü “Chris #FPL”  “Twitter” səhifəsində yayılıb.

34 yaşlı forvard cərimə meydançası yaxınlığında ötürmə qəbul edir və tələsik zərbə endirən zaman sürətlə hərəkət edən top Xediranın başına tuş gəlir. Zərbənin gücündən alman futbolçu qazona yıxılır.

Qeyd edək ki, həmin oyunda “Yuventus” rəqibi “Sassuolo”nu 3:0 hesabı ilə darmadağın edib. Matçda həm Ronaldu, həm də Xedira fərqlənib. Beləcə, “Yuventus” A seriyasında mövqeyini daha da möhkəmləndirmiş olub. Hazırda turnir cədvəlinə başçılıq edən “Qoca sinyora”nın özündən sonra gələn “Napoli” klubu ilə 11 xal fərqi var.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri