13 
Fev
2019
18:01
172
30
4489
Virtual karabakh

“Çelsi” Zidanı hədəflədi

13 Fev, 2019
18:01
4489

“Çelsi” Zidanı hədəflədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan “Çelsi”ni çalışdıra bilər.

Britaniyanın “Sun” nəşri xəbər verir ki, London klubunun rəhbərliyi istefaya göndərməyə hazırlaşdığı Mauritsyo Sarrinin əvəzinə komandaya fransalı mütəxəssisi gətirməyi planlaşdırır.

Qeyd edək ki, “Çelsi”nin İngiltərə Premyer Liqasının XXVI turunda “Mançester Siti”yə 0:6 hesablı məğlubiyyətindən sonra 60 yaşlı mütəxəssisin istefaya göndəriləcəyi xəbərləri yayılıb.

Xatırladaq ki, portuqaliyalı Juze Mourinyunun istefasından sonra “Mançester Yunayted” Zinəddin Zidanı komandanın başına gətirmək istəsə də, fransalı məşqçi mövsümün ortasından heç bir klubda çalışmaq istəmədiyini bildirərək təklifdən imtina etmişdi.

Zinəddin Zidan ötən ilin mayın 31-də “Real”ın baş məşqçisi postundan ayrıldığını açıqlayıb. “Real”ı Çempionlar Liqasının üçqat qalibi, İspaniya çempionu və klublar arasında dünya çempionu etməsinə baxmayaraq, onun istefa verməsi gözlənilməz alınıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri