17 
Fev
2019
13:47
190
36
2676
Virtual karabakh

Azərbaycanlı tamblinqçi Dünya Kubokunda gümüş medal qazandı – YENİLƏNİB

17 Fev, 2019
13:47
2676

Azərbaycanlı tamblinqçi Dünya Kubokunda gümüş medal qazandı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı tamblinqçi Mixail Malkin daha bir mükafata layiq görülüb.

Oxu.Az xəbər verir ki, ona Azərbaycan Gimnastika Federasiyasının tərtib etdiyi xüsusi mükafat verilib.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara verilən ənənəvi “AGF Trophy” Kuboku Mixail Malkinə və iki çinli batut gimnastına təqdim olunub.

13:44

Azərbaycanlı tamblinqçi Mixail Malkin 74600 xal göstərici ilə ilk sıraya yüksəlib.

Oxu.Az xəbər verir ki, o, ikinci cəhdini uğurla yerinə yetirib. Bununla da o, Dünya Kubokunun gümüş medalını qazanıb.

Rusiyalı dünya çempionu Vadim Afanasyev 75100 xalla qızıl medala sahib çıxıb. Digər rusiyalı gimnast Maksim Ryabkov 72000 xalla bürünc medal qazanıb. 

13:28

Bakıda keçirilən tamblinq üzrə Dünya Kubokunun final mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ötən il Bakıda keçirilən Avropa çempionatında qalib olmuş Azərbaycan təmsilçisi Mixail Malkin də final mərhələsində çıxış edən idmançılar arasında olub.

Onun ilk cəhdi pis alınmayıb və 38100 xal göstərici ilə yadda qalıb. Mixail Malkin hazırda ikinci yerdədir.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri