10 
Mar
2019
17:29
120
31
2169
Virtual karabakh

Azlıqda qalan “Qəbələ” qələbəni əldən vermədi - VİDEO

10 Mar, 2019
17:29
2169

Azlıqda qalan “Qəbələ” qələbəni əldən vermədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Liqasında 20-ci turun növbəti oyunu keçirilib.

Oxu.Az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Səbail” komandasını qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb.

Matçda  hesabı 49-cu dəqiqədə Ceyms Adeniyi açıb. Qarşılaşmanın 55-ci dəqiqəsində Ceyms Adeniyi dubla imza ataraq hesab arasındakı fərqi iki topa çatdırıb. 74-cü dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Bəhlul Mustafazadə qırmızı (ikinci sarı) vərəqə ilə cəzalandırılıb.

“Səbail”in təsəlli qolunu 84-cü dəqiqədə Elvin Yunuszadə vurub.

Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran “Qəbələ” komandası turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Qəbələ” üçüncü yerdə qərarlaşan “Səbail”dən üç xal geri qalır.

Turnir cədvəlinə isə 42 xalla “Qarabağ” başçılıq edir. Bir oyun az keçirən “Neftçi” 41 xalla ikincidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri