11 
Mar
2019
10:39
95
13
2932
Virtual karabakh

Ağayev Super Liqada iki penalti təyin etdi, bir qırmızı vərəqə göstərdi - VİDEO

11 Mar, 2019
10:39
2932

Ağayev Super Liqada iki penalti təyin etdi, bir qırmızı vərəqə göstərdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ölkə hakimliyi çərçivəsində bir ilkə imza atıb.

Oxu.Az xəbər verir ki, ölkəmizin bir nömrəli hakimi sayılan Ağayev Yunanıstan Super Liqasının mərkəzi görüşü olan PAOK – “Atromitos” oyununda idarəçilik edib.

Salonikidə keçirilən görüşdə Super Liqanın lideri olan PAOK 3:0 hesabı ilə qalib gəlib. Ağayev meydan sahiblərindən “Qarabağ”ın sabiq braziliyalı futbolçusu Pedro Enrike də daxil olmaqla dörd futbolçunu cəzalandırıb. 

Azərbaycanlı hakim ilk hissədə iki dəfə PAOK-un xeyrinə penalti təyin edib. Meydan sahibləri bunlardan yalnız birini qola çevirə bilib. Bundan başqa, 90-cı dəqiqədə qonaqların braziliyalı hücumçusu Bruno ikinci sarı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, Super Liqaya əcnəbi hakimin təyinat almasını “Atromitos” istəyib. Ölkə hakimlərinin idarəçiliyindən narazı olan klub oyunlarını xarici referinin idarə etməsini tələb edib. Yerli futbol federasiyası isə bu tələbi yerinə yetirib.
 
UEFA Hakimlər Komitəsinin üzvü olan sabiq futbol referisi Kiros Vassaras yanvarda azərbaycanlı hakimlərin Mingəçevirdəki təlim-məşq toplanışına məsləhətçi kimi qatılmış və Əliyar Ağayevi o vaxtdan yaxşı tanımışdı. Güman edilir ki, bu təyinat məhz Vassarasın köməyi ilə baş tutub.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri