11 
Mar
2019
21:09
104
35
1831
Virtual karabakh

Azərbaycan və İtaliya bədii gimnastları yoldaşlıq görüşü keçirib - FOTO

11 Mar, 2019
21:09
1831

Azərbaycan və İtaliya bədii gimnastları yoldaşlıq görüşü keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Dezio şəhərində Azərbaycan və İtaliyanın bədii gimnastika üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. 

Gimnastika Federasiyasının yaydığı məlumata görə, iki ölkə arasında baş tutmuş görüşdə böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasilyeva, Zeynəb Hümmətova, həmçinin gənclər arasında fərdi gimnastlarımız Arzu Cəlilova, Nərminə Səmədova və Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət qrup komandası iştirak ediblər.

Qeyd edək ki, mövsümün əvvəlində ənənəvi olaraq yoldaşlıq görüşləri keçirən İtaliya millisinin Azərbaycan komandası ilə ilk görüşü uğurlu keçib. Qarşıda ciddi yarışların gözlədiyi millimizin üzvləri üçün Dezio səfəri bir növ yoxlama məşqi olub.

İki ayrı milli komanda bir yerdə təcrübə mübadiləsi apararaq, öz proqramlarını tam şəkildə icra ediblər. Bununla yanaşı, gimnastlar öz yeni çıxışlarını da təqdim ediblər. Bir gün davam edən görüşdə beynəlxalq yarışlara hazırlıq səviyyəsi də dəyərləndirilib.

Yoldaşlıq görüşündən bir gün sonra isə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilyeva İtaliya məşqçilərinə master-klass keçib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri