15 
Mar
2019
16:16
128
41
5577
Virtual karabakh

Bakıya gedən yol: Avroliqanın püşkü atıldı

15 Mar, 2019
16:16
5577

Bakıya gedən yol: Avroliqanın püşkü atıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasında 1/4 final və 1/2 final mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, püşkü Hollandiya millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Piyer van Hoidonqk çəkib. Beləliklə, püşk bu cür alınıb.

1/4 final (11/18 aprel)

“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)

“Vilyareal” (İspaniya) – “Valensia” (İspaniya)

“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)

“Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)

1/2 final (2/9 may)

“Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)/“Vilyareal” (İspaniya) – “Valensia” (İspaniya)

“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)/“Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)

Qeyd edək ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Finalda nominal meydan sahibi ikinci yarımfinal cütünün qalibi hesab olunacaq. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri