18 
Mar
2019
14:29
113
28
1383
Virtual karabakh

Paracüdo millimiz Qoriyə getdi

18 Mar, 2019
14:29
1383

Paracüdo millimiz Qoriyə getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın cüdo idman növü üzrə kişilərdən ibarət paralimpiya yığma komandası təlim-məşq toplanışı üçün Gürcüstana yola düşüb. 

Milli Paralimpiya Komitəsindən verilən xəbərə görə, baş məşqçi İbrahim İbrahimovun rəhbərlik etdiyi 12 nəfərlik heyət 18-26 mart tarixlərində Qori şəhərində təlim-məşq toplanışı keçirəcək. 

“Neftçi” İdman Klubunun dəstəyi ilə keçirilən təlim-məşq toplanışı Qori cüdo mərkəzində baş tutacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı may ayında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran Pri yarışına hazırlıq xarakteri daşıyır.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri