18 
Mar
2019
14:00
105
12
1461
Virtual karabakh

Şahmatçılarımız fərdi Avropa çempionatında mübarizəyə başlayır

18 Mar, 2019
14:00
1461

Şahmatçılarımız fərdi Avropa çempionatında mübarizəyə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Şimali Makedoniyanın (keçmiş Makedoniya) paytaxtı Skopyedə şahmat üzrə fərdi Avropa çempionatı start götürəcək. 

Oxu.Az xəbər verir ki, qitə birinciliyində 43 ölkədən ümumilikdə 365 şahmatçı mübarizə aparacaq. 

Ölkəmizi bu mötəbər yarışda yeddi şahmatçı təmsil edəcək. Bunlar turnirin reytinq favoritlərindən biri sayılan Rauf Məmmədov (2701), yığma komandamızın üzvü Eltac Səfərli (2662), “Aeroflot Open”ın bürünc mükafatçısı Məhəmməd Muradlı (2444), Ülvi Sadıqov (2488), Abdulla Qədimbəyli (2404), Kənan Qarayev (2368) və doqquz yaşlı Cahandar Azadəliyevdir (1863).

Qeyd edək ki, yarış bu il sentyabrın 9-da Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək Dünya Kubokuna seçim xarakteri daşıyacaq.

I tur 

Rauf Məmmədov – Paulius Pultineviçius (Litva) 

Vladislav Kovalyov (Belarus) – Məhəmməd Muradlı

Eltac Səfərli – Pyotr Pesik (Polşa) 

Abdulla Qədimbəyli – Vadim Zvyaqinsev (Rusiya) 

Danyele Vokaturo (İtaliya) – Kənan Qarayev 

Muhamet Aslani (Kosovo) – Ülvi Sadıqov 

Cahandar Azadəliyev – İqor Yanik (Polşa)

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri