18 
Mar
2019
19:32
12
35
1595
Virtual karabakh

Milli Paralimpiya Komitəsi ADBTİA ilə anlaşdı - FOTO

18 Mar, 2019
19:32
1595

Milli Paralimpiya Komitəsi ADBTİA ilə anlaşdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) arasında anlaşma memorandumu imzalanıb. 

Oxu.Az xəbər verir ki, sənədi MPK prezidenti İlqar Rəhimov və ADBTİA-nın rektoru Fuad Hacıyev imzalayıb.

Memorandum tərəflər arasında informasiya dəstəyi sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir. Sənədə əsasən, komitə Akademiyanın İdman Jurnalistikası Magistr Proqramı ilə əməkdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində magistr proqramının tələbələri komitənin tədbirlərinin, beynəlxalq və yerli yarışlarının işıqlandırılmasında fəal iştirak edəcəklər.

Bura paralimpiyaçı idmançıların “həyat hekayəsi” tipli videoçarxların hazırlanması, tədbirlərdə medianın operativ xəbərlərlə təmin olunması və media dəstəyi ilə bağlı digər məsələlər daxildir. Bu əməkdaşlıq sayəsində İdman Jurnalistikası üzrə Magistr proqramının tələbələri təcrübə qazanacaq, eyni zamanda ölkədə paralimpiya hərəkatının təşviqi sahəsində işlər görüləcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri