19 
Mar
2019
18:35
85
25
2492
Virtual karabakh

Futbol millimizin Xorvatiyadakı məşqinin vaxtı açıqlandı

19 Mar, 2019
18:35
2492

Futbol millimizin Xorvatiyadakı məşqinin vaxtı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AÇ-2020-nin seçmə mərhələsində martın 21-də Zaqrebin “Maksimir” stadionunda Xorvatiya ilə qarşılaşacaq millimizin hazırlıq planı bəlli olub.

Oxu.Az xəbər verir ki, millimizin yeni baş məşqçisi Nikola Yurçeviç sabah yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00-da) adıçəkilən stadionda mətbuat konfransı keçirəcək.

Bundan yarım saat sonra yerli və azərbaycanlı jurnalistlər üçün ilk 15 dəqiqəsi açıq olan məşq baş tutacaq.

Xorvatiya millisi isə bundan əvvəl oyundan öncəki son məşqinə çıxacaq. Belə ki, Zlatko Daliçin saat 17:15-də (bizim vaxtla 20:15) mətbuat konfransından sonra 18:00-da (21:00) ilk 15 dəqiqəsi KİV üçün açıq olan məşqi olacaq.

Xatırladaq ki, millimizin Xorvatiya ilə görüşü yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) başlayacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri