19 
Mar
2019
16:07
67
28
2114
Virtual karabakh

Azərbaycan klubu cəzalandırıldı - Xərəkdaşıyanlara görə

19 Mar, 2019
16:07
2114

Azərbaycan klubu cəzalandırıldı - Xərəkdaşıyanlara görə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsi bu gün növbəti iclasını keçirilib. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Sumqayıt” matçında beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qonaq klub 800 manat cərimə olunub.

Oyunun 29-cu dəqiqəsində “Sabah”ın futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

I Divizionun XIX turu ilə bağlı maraqlı sanksiyalar tətbiq olunub. Belə ki, “Keşlə-2” – “Kəpəz” matçının ikinci hissəsi Bakı klubunun səhlənkarlığı ucbatından üç dəqiqə gec başlayıb. Bu üzdən Keşlə klubu 240 manat cərimə olunub.

MOİK – “Səbail-2” matçında isə meydan sahibi komandanın xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmayıb. Ona görə də “hərbçilər” 80 manat cərimə ödəyəcək.

Qeyd edək ki, əsasnaməyə uyğun olaraq xərək daşıyan uşaqların sayı ən azı dörd olmalıdır.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri