22 
Mar
2019
04:47
101
75
6846
Virtual karabakh

Millimizin rəqiblərinin azarkeşləri arasında insident - FOTO/VİDEO

22 Mar, 2019
04:47
6846

Millimizin rəqiblərinin azarkeşləri arasında insident - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Slovakiya və Macarıstan yığmalarının azarkeşləri arasında insident baş verib.

Slovakiyanın sport.sk saytı xəbər verir ki, Trnava şəhərində keçiriləcək oyundan əvvəl macar azarkeşlər Anton Malatinski adına stadionun yaxınlığında yerləşən restorana tez alışan maddələr atıb. 

Orda 10-15 nəfər slovakiyalı azarkeş olub. Qarşı tərəf də buna reaksiya verib. Lakin polis hadisənin daha ciddi vüsət almasına imkan verməyib. Trnava polisinin mətbuat katibi Maria Linkeşova bildirib ki, insident nəticəsində zərər çəkən olmayıb. Ancaq həbs olunan slovakiyalı azarkeşlər olub ki, onlar sonradan komandalarının 2:0 qalib gəldiyi matçı izləyə bilməyib.

Qeyd edək ki, Macarıstan və Slovakiya azarkeşləri arasında intriqa 1939-cu ilin martında hər iki ölkə arasında baş vermiş doqquz günlük müharibədir.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri