24 
Mar
2019
18:25
164
17
4262
Virtual karabakh

Nikola Yurçeviç: Razıyam, Litva Xorvatiya deyil

24 Mar, 2019
18:25
4262

Nikola Yurçeviç: Razıyam, Litva Xorvatiya deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Litvanın futbol yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin iştirakı ilə bu gün mətbuat konfransı təşkil olunub.

Oxu.Az xorvatiyalı məşqçinin “Bakcell Arena”da təşkil olunan konfransda səsləndirdiyi fikirləri təqdim edir:

“Xorvatiya ilə oyundan bir neçə gün keçdikdən sonra uşaqların performansını soyuqbaşla təhlil etmək olar. Zaqrebdən yaxşı nəticə ilə qayıtmağımız mümkün idi. Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı. Uşaqlar yaxşı futbol oynadılar. 

Sabahkı oyuna gəldikdə, rəsmi görüş olmasa da, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Yüksələn qrafik cızmaq istəyirik. Futbolçular oyuna yaxşı motivasiya olublar. Hamı meydana çıxmağa, oynamağa can atır.

Bu görüşdə Xorvatiya ilə qarşılaşmada şans vermədiyim uşaqlara da özlərini göstərmək imkanı yaradacağıq. Bu dəyişiklik kiminsə oyunundan narazı qaldığımıza görə edilməyəcək. Sadəcə, digər futbolçulara da şans vermək istəyirik. Amma kimləri meydana buraxıb-buraxmayacağımızı bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik. Ola bilər üç hücumçu ilə başladıq.

Bakıya döndükdən sonra ağır məşqlər keçməmişik. Daha çox bərpa məşqləri etsək də, futbolçularla mütəmadi söhbətlər aparmışıq. Yenə deyirəm, hamı meydana çıxmağa, özünü ən yaxşı tərəfdən göstərməyə çalışır.

Razıyam, Litva Xorvatiya deyil, amma hörmət ediləsi rəqibdir. Təbii ki, hücumda oynamağa çalışacağıq. Ancaq bu rəqibdən də asılıdır. Rəqib imkan verdiyi qədər oynamaq mümkündür. Onu da qeyd edim ki, bu cür oyunlar komandanı daha yaxından tanımaq baxımından çox vacibdir”.

Qeyd edək ki, millimiz sabah saat 18:00-da Litva ilə oyuna çıxacaq. Görüş “Bakcell Arena”da keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri