24 
Mar
2019
19:45
112
88
2815
Virtual karabakh

Valdas Urbonas: Azərbaycan olduqca keyfiyyətli futbolçulara sahibdir

24 Mar, 2019
19:45
2815

Valdas Urbonas: Azərbaycan olduqca keyfiyyətli futbolçulara sahibdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Litva yığmasının baş məşqçisi Valdas Urbonas sabah milli komandamızla “Bakcell Arena”da baş tutacaq oyunöncəsi mətbuat konfransı keçirib. 

Oxu.Az xəbər verir ki, 52 yaşlı mütəxəssislə yanaşı, Moskva “Dinamo”sunun hücumçusu Fyodor Çernıx da konfransda iştirak edib.

“Bakıya gəlmək bizə xoşdur. Çox qonaqpərvərsiniz. Açığı, yol bir qədər uzun oldu. Baxmayaraq ki, yoxlama görüşüdür, fikrimcə, Azərbaycan da, Litva da bu görüşü ciddiyə alır. Seçmə oyunda bənzər ssenari üzrə məğlub olduq: siz də, biz də 1:2. Xorvatiya ilə millinizin oyununu izləmişəm. Xarakter nümayiş etdirdiniz. Bir qədər bəxtiniz gətirsəydi, Zaqrebdən xalla ayrılacaqdınız. Əsas fikrimizi öz komandamıza yönəltmişik. Azərbaycanın bir neçə oyununu izləmişəm. Olduqca keyfiyyətli futbolçulara sahibsiniz. Məşqçi dəyişikliyi baş versə də, təşkilatlanmış komanda obrazını yaradıblar.

Avropada da, dünyada da zəif komanda qalmayıb. Uduzduğumuz Lüksemburqu zəif komanda saymıram. Ölkənin adına baxılan zamanlar arxada qalıb. Bu meyarla ölçsək, gərək biz dünya çempionları ilə qarşılaşaydıq, mən özümü daha rahat hiss edərdim.

Məncə, Xorvatiya ilə oyunda bütün Azərbaycan yığması seçildi. Çünki kompakt müdafiə olunurdunuz, sürətli hücumlara keçirdiniz. Bəli, qol vuran fərqləndiyinə görə seçilir, ancaq mən hamını qeyd edərdim”.

Qeyd edək ki, millimiz sabah saat 18:00-da “Bakcell Arena”da Litva millisi ilə qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri