24 
Mar
2019
20:05
84
44
3732
Virtual karabakh

Uels tsiklə qələbə ilə başladı, Nur-Sultanda ilk məğlubiyyət - VİDEO

24 Mar, 2019
20:05
3732

Uels tsiklə qələbə ilə başladı, Nur-Sultanda ilk məğlubiyyət - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində II turun oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, millimizin yer aldığı E qrupunda Uels Kardifdə Slovakiya millisini qəbul edib.

İlk matçda qalib gəlmiş Slovakiya millisi seçmə tsikldə birinci oyununa çıxan Britaniya təmsilçisinə minimal hesabla uduzub – 0:1. Yeganə qolu 5-ci dəqiqədə Denyl Ceyms vurub.

I qrupunda isə Qazaxıstanın paytaxtı Nur-Sultanda yerli milli komanda Rusiya yığması ilə qarşılaşıb. İlk matçda bu stadionda Şotlandiyanı gözlənilmədən 3:0 məğlub etmiş qazaxlar bu dəfə güclü rəqibi qarşısında darmadağınla üzləşib – 0:4. Bununla da Qazaxıstan millisi paytaxt Nur-Sultan adlandıqdan sonra ilk yenilgisini alıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri