25 
Mar
2019
01:45
106
33
9665
Virtual karabakh

Almaniyadan hollandlara son dəqiqə şoku, Ağayevin altı “sarı”sı - VİDEO

25 Mar, 2019
01:45
9665

Almaniyadan hollandlara son dəqiqə şoku, Ağayevin altı “sarı”sı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin seçmə mərhələsinin II turunun ilk günü arxada qalıb.

Oxu.Az xəbər verir ki, C qrupunun iki görüşü baş tutub.

Şimali İrlandiya gözlənildiyi kimi Belarusu məğlub edib (2:1) və 6 xalla vahid qrup lideri olub.

Gecənin maraqla gözlənilən qarşılaşması Niderlandın paytaxtı Amsterdamda baş tutub. Burda Hollandiya Almaniya millisini qəbul edib. Matç gözləniləndən də maraqlı alınıb. Almanlar ilk hissədə 2:0 öndə olsa da, fasilədən sonra hollandlar hesabı bərabərləşdirib. Lakin görüşün əsas vaxtının son dəqiqəsində Niko Şultsun vurduğu qol almanlara ilk seçmə oyunda üç xalı qazandırıb.

G qrupunda da iki görüş keçirilib. Varşavada Polşa Latviyanı 2:0 məğlub edib. Bu görüşü Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. FIFA referimiz bu görüşdə ikisi polyaklara, dördü latışlara olmaq şərtilə altı sarı vərəqədən istifadə edib. Bu qrupda Polşa 6 xalla vahid qrup liderinə çevrilib.

Lyublyanada isə Sloveniya Şimali Makedoniyanın müqavimətini qıra bilməyib və ardıcıl ikinci dəfə 1:1-lik heç-heçəyə razılaşmalı olub. 

Gecənin digər görüşü I qrupunda baş tutub. Belçika səfərdə Kipri 2:0 məğlub edib. Dünya üçüncüsü olan belçikalılar bununla da yüzfaizlik nəticə ilə vahid liderə çevrilib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri