Apr
2019
12:31
84
15
1344
Virtual karabakh

İslamiadanın qalibi Azərbaycanı Dünya Çimərlik Oyunlarında təmsil edəcək

4 Apr, 2019
12:31
1344

İslamiadanın qalibi Azərbaycanı Dünya Çimərlik Oyunlarında təmsil edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı karateçi Roman Heydərov 10-15 oktyabr tarixlərində ABŞ-ın San-Dieqo şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarında ölkəmizi təmsil edəcək.

Bunu Oxu.Az-a Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib.

O qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş 20 yaşlı Roman Heydərov buna ötən ayın sonu İspaniyanın Quadalaxara şəhərində keçirilmiş Avropa çempionatındakı nəticəsi ilə nail olub:

“Dünya Çimərlik Oyunlarında 15 idman növü olacaq ki, onlardan biri də karatedir. Karatenin yalnız kata növü üzrə yarışlarda mübarizə aparmaq mümkün olacaq. Avropa çempionatında ilk dörd yeri tutmuş idmançı ora vəsiqə qazanır. Bizim Roman Heydərov da ardıcıl dördüncü dəfə Avropa üçüncüsü olduğundan, orda iştirak edəcək”.

Qeyd edək ki, çimərlik güləşində də Azərbaycanın orada təmsil olunmaq imkanı var. Buna 10-11 mayda Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək yarışdan sonra aydınlıq gələcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri