10 
Apr
2019
22:38
418
18
4736
Virtual karabakh

Sərbəst güləş yığmamız Avropa üçüncüsü oldu - FOTO

10 Apr, 2019
22:38
4736

Sərbəst güləş yığmamız Avropa üçüncüsü oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.

Oxu.Az xəbər verir ki, üç qızıl, bir gümüş və iki bürünc medal qazanan yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra üçüncü yeri tutub.

Millimizə xalları səkkiz güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar – Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar – Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri