11 
Apr
2019
18:29
286
36
3256
Virtual karabakh

Avropa Oyunlarına bu karateçilərimiz gedəcək - ADLAR

11 Apr, 2019
18:29
3256

Avropa Oyunlarına bu karateçilərimiz gedəcək - ADLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yayında Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, 21-30 iyun tarixlərində 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı yarışda altı karateçimiz iştirak edəcək. 

Kumite turnirində Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də, Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq), kata yarışlarında isə Roman Heydərov təmsil edəcək. 

Qeyd edək ki, II Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Onu da bildirək ki, daha əvvəl saytımız Avropa Oyunlarında iştirakı gözlənilən idmançıların adlarını reytinqə əsasən açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri