12 
Apr
2019
09:15
264
10
3223
Virtual karabakh

Avropa çempionlarımız Bakıdadır - FOTO/VİDEO

12 Apr, 2019
09:15
3223

Avropa çempionlarımız Bakıdadır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında üçüncü yer tutan yığmamız bu gecə Bakıya qayıdıb.

Oxu.Az xəbər verir ki, güləşçilərimizi Heydər Əliyev adına Hava Limanında azarkeşlər və media nümayəndələri qarşılayıb.

Üçqat Avropa və üçqat dünya çempionumuz Hacı Əliyev bildirib ki, qazandığı qələbəni üç il əvvəl aprel ayında baş verən döyüşlər zamanı şəhid olanların xatirəsinə ithaf edib.

Digər çempionumuz Cəbrayıl Həsənov qazanılan qızıl medalın yarışlara qədər keçən gərgin məşqlərin nəticəsi olduğunu bildirib.

Yığma komandamız üç qızıl, bir gümüş və iki bürünc medal olmaqla, ümumilikdə 145 xal toplayaraq, komanda hesabında 162 xalı olan Rusiya və 156 xalı olan Türkiyədən sonra üçüncü yerdə qərarlaşıb.

Millimizə xalları səkkiz güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar - Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanov və Nurməhəmməd Hacıyev hərəsi 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri