12 
Apr
2019
15:59
69
197
4052
Virtual karabakh

ABŞ vətəndaşını döyən Ayaz Quliyevin cəzası bəlli oldu - YENİLƏNİB

Ayaz Quliyev ABŞ vətəndaşı Maykl Elinin burnunu sındırdığı üçün “Spartak” klubu tərəfindən cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, o, beş milyon rubl məbləğində cərimələnib.

Bu pul onun maaşından tutulacaq.

Bundan başqa, futbolçu əsas komandadan da kənarlaşdırılıb.

11:54

Aqressiv davrandım. Günahımı etiraf edirəm. Zərərçəkəndən bir daha üzr istəyirəm.

Bu sözləri Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev klubun rəsmi saytına açıqlamasında deyib.

22 yaşlı yarımmüdafiəçi dünən Moskvada komandasının məşqinə gedərkən ABŞ vətəndaşı ilə dalaşıb və onun burnunu sındırıb. Sonradan tərəflər məsələni yoluna qoyub və xarici turist futbolçudan şikayət etməyəcəyini bildirib. 

Bununla belə, futbolçu etdiyi hərəkətə görə utandığını və klubundan üzr istədiyini bildirib: 

“Məni tam fərqli prinsiplərlə tərbiyələndirən doğma klubumdan da üzr istəyirəm. Komandamızın “qırmızı-ağlı” azarkeşləri qarşısında isə çox xəcalət çəkirəm. Bu hadisə mənim üçün ömürlük dərs olacaq”.

Əlavə edək ki, “Spartak” rəsmi saytı vasitəsilə Quliyevə sərt intizam sanksiyası tətbiq ediləcəyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri