17 
Apr
2019
14:46
105
42
3475
Virtual karabakh

Daha bir məşhur idmançımız karyerasını bitirəcək - Olimpiadadan sonra

17 Apr, 2019
14:46
3475

Daha bir məşhur idmançımız karyerasını bitirəcək - Olimpiadadan sonra

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Olimpiadadan sonra karyeramı bitirəcəyəm. 

Bunu Oxu.Az-a açıqlamasında sərbəst güləş üzrə üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov bildirib.

İdmançımız qeyd edib ki, o da Hacı Əliyev kimi, Olimpiadadan sonra karyerasını bitirmək istəyir: 

“Planımız budur ki, bizim nəsil güləşçilərdən mən, Hacı Əliyev, Toğrul Əsgərov Olimpiadadan sonra idmançı həyatı ilə vidalaşaq. Bundan sonra karyeramı məşqçi kimi davam etdirmək və zal açmaq istəyirəm.

Olimpiada vaxtı 31 yaşım olacaq. Düzdür, qalıb bir-iki il də dünya və Avropa çempionatında çıxış edə bilərəm. Amma heç kim istəməz ki, karyerasını uduzub bitirsin. Əslində, Hacı və Toğrul məndən yaşca kiçikdir. Deyərdim ki, onlar daha bir Olimpiadada çıxış edə bilər. Amma planda odur ki, Olimpiadadan sonra karyeramızı bitirək”.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri