18 
Apr
2019
09:44
41
19
2472
Virtual karabakh

Azərbaycan Premyer Liqasında lider autsayderə qarşı - PREVYU

18 Apr, 2019
09:44
2472

Azərbaycan Premyer Liqasında lider autsayderə qarşı - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında bu gün XXV tura start veriləcək. 

Oxu.Az xəbər verir ki, bu gün iki görüş baş tutacaq.

“Sumqayıt” doğma arenasında “Səbail”i qəbul edəcək. Üçüncü pillədəki mövqeyini itirmək təhlükəsi ilə üzləşən bakılılar mütləq qalib gəlməlidir. “Kimyaçılar” isə uduzacaqları təqdirdə, yenidən sonuncu pilləyə yuvarlana bilər.

Digər oyunda çempionatın autsayderi “Keşlə” lider “Qarabağ”ın qonağı olacaq. Sona dörd tur qalmış zirvəni ələ keçirmiş Ağdam təmsilçisi zəif rəqib önündə aşkar favoritdir. Ancaq bakılılar da son pillədən qurtulmaq üçün çempionu büdrətməyə çalışacaq.

Sabah isə “Neftçi” qalib gəlməyə çalışacaq. “Qarabağ” bu gün xal itirsə, “ağ-qaralar” səfər oyununda daha motivasiyalı yollanacaq.

“Qəbələ” isə bu gün “Səbail”in xal itirməsi fonunda “Zirə” ilə oyuna eyni motivasiyada çıxacaq. Bəlkə də, “Qəbələ”nin bürünc medal qazanmaq şansları bu oyundan asılıdır.

18 aprel

16:45 “Sumqayıt” – “Səbail”

“Kapital Bank Arena”. Baş hakim: Vüqar Həsənli

19:00 “Qarabağ” – “Keşlə”

Tofiq Bəhramov adına Respublika Stadionu. Baş hakim: Əliyar Ağayev

19 aprel

16:00 “Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu. Baş hakim: İnqilab Məmmədov

18:30 “Sabah” – “Neftçi”

“Əlincə Arena”. Baş hakim: Rövşən Rəcəbov

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri