18 
Apr
2019
18:16
28
106
2546
Virtual karabakh

Ayaz Quliyev: Bu addım mənim üçün dərs olacaq - VİDEO

18 Apr, 2019
18:16
2546

Ayaz Quliyev: Bu addım mənim üçün dərs olacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Spartak” futbol klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev amerikalı Maykl Kou Con Elli ilə arasında baş vermiş insidentlə bağlı bəyanatla çıxış edib.

Moskva klubunun telekanalı öz “YouTube” kanalına havbeklə mübahisənin görüntüsünü yerləşdirib.

“Bəli, bu hekayənin nöqtəsi qoyulub. Bu hadisədən sonra biz Mayklla, demək olar, hər gün əlaqə saxlayırıq. Onunla hər şey barədə danışmışıq. Bütün təfsilatları danışmağın mənası yoxdur, bunu artıq hamı müzakirə edib”, - deyə Ayaz Quliyev bildirib.

Futbolçunun sözlərinə görə, o, bu hərəkətinə görə xəcalət çəkir. Düşünür ki, hər şeyə səbəb onun təbiətcə həddən artıq çılğın olmasıdır.

“Buna “əvvəl etdim, sonra düşündüm” deyirlər. Sonra oturdum və fikirləşdim. Necə olub belə bir hərəkət etmişəm? Hələ də bunu anlaya bilmirəm. Bu hərəkətimi hər zaman xatırlayacağam və bu, mənə dərs olacaq”, - deyə idmançı bildirib.

A.Quliyev klub rəhbərliyinin ona qarşı tətbiq etdiyi sanksiyalardan söz açıb. Rusiyanın gənclər üzrə milli komandasının futbolçusu bütün cərimə məbləğinin xeyriyyə işlərinə sərf olunacağını bildirib.

Xatırladaq ki, aprelin 10-da futbolçu Moskvanın Krasnoprudnıy küçəsindəki piyada keçidində “Mercedes” markalı avtomobili ilə ABŞ vətəndaşı Maykl Ellini vurub. Daha sonra avtomobildən düşərək dava edib, Ellinin burnunu sındırmışdı.

A.Quliyev barəsində yol hərəkəti qaydalarını pozması ilə bağlı inzibati iş açılmışdı. Zərərçəkən M.Koul idmançıdan şikayət etməkdən imtina etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri