19 
Apr
2019
13:35
70
31
2908
Virtual karabakh

AFFA danışılmış oyunla bağlı bir matçı təxirə saldı

19 Apr, 2019
13:35
2908

AFFA danışılmış oyunla bağlı bir matçı təxirə saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-ya daha bir danışılmış oyunla bağlı məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, Region Liqasının II play-off mərhələsi çərçivəsində aprelin 6-da keçirilmiş “Füzuli” – “FC Baku” oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya daxil olmuş məlumat nəzərə alınıb.

Bu üzdən həmin liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan “FC Baku” – “Şahdağ” (Qusar) oyunu Region Liqasının İşçi Qrupunun bugünkü qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, “Füzuli” – “FC Baku” oyunu qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri