19 
Apr
2019
21:06
116
41
4080
Virtual karabakh

“Qəbələ” bürünc medal, “Neftçi” çempionluq yarışından qopmadı - VİDEO

19 Apr, 2019
21:06
4080

“Qəbələ” bürünc medal, “Neftçi” çempionluq yarışından qopmadı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun son günündə iki qarşılaşma baş tutub. “Qəbələ” “Zirə”ni , “Sabah” “Neftçi”ni qəbul edib.

“Qəbələ” – “Zirə” qarşılaşmasında meydan sahibləri üç xal qazanıb. Qonaqlar bu toplardan yalnız birinin əvəzini çıxa biliblər. Matç 2:1 başa çatıb.

Paytaxt derbisində də maraqlı oyun nümayiş etdirilib. Ölkənin ən titullu klubu “Neftçi” debütant “Sabah”ın qonağı olub. Çempionluq mübarizəsi aparan “ağ-qaralar” yalnız rəqib azlıqda qaldıqdan sonra meydan sahiblərinin müqavimətini qıra bilib. Namiq Ələsgərovun dublu “Neftçi”yə 2:0 qələbə qazandırıb.
Qeyd edək ki, turun ilk günündə “Səbail” “Sumqayıt”ı 2:1, “Qarabağ” “Keşlə”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri