21 
Apr
2019
19:48
145
225
2741
Virtual karabakh

Rafael Ağayev Mərakeşdə bürünc medal qazandı - FOTO

21 Apr, 2019
19:48
2741

Rafael Ağayev Mərakeşdə bürünc medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) “Karate 1” seriyasından Premyer Liqa turniri başa çatıb.

Oxu.Az xəbər verir ki, karateçimiz Rafael Ağayev (-75 kq) yarışın bürünc medalını qazanıb. Fransalı idmançı Loqan Da Kostaya həlledici görüşdə 2:0 hesabı ilə qalib gələn idmançımız dünya və Olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.

Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

“Karate 1” seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri