23 
Apr
2019
10:33
74
21
2403
yuxarı
Kubokun bir addımlığında - “Qəbələ” “Qarabağ”a qarşı
23 Apr, 2019
10:33
2403
74
21
Kubokun bir addımlığında - “Qəbələ” “Qarabağ”a qarşı
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, yarımfinalın ilk oyunları Qəbələ və Sumqayıtda keçiriləcək.
Çempionatın vahid lideri “Qarabağ” bürünc medal uğrunda mübarizə aparan “Qəbələ”nin rəqibi olacaq. Bu matçın prinsipial şəraitdə keçəcəyi gözlənilir.
Sumqayıtda isə turnir cədvəlində qonşu pillədə olan iki komanda üz-üzə gələcək. Hər iki komanda çempionatda avrokubok şansını itirdiyindən UEFA Avropa Liqasına kubok vasitəsilə getməyə çalışır.
16:00 “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu. Baş hakim: Vüqar Həsənli
18:30 “Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”. Baş hakim: Səbuhi Bayramov
Səbuhi MUSAYEV
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək