29 
Apr
2019
12:19
43
95
4533
Virtual karabakh

Şeydayev əvvəl ötürmə etdi, sonra qovuldu - VİDEO

29 Apr, 2019
12:19
4533

Şeydayev əvvəl ötürmə etdi, sonra qovuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Premyer Liqasının XXVI turunun “Zenit” – “Krılya Sovetov” oyununda milli komandamızın üzvü Ramil Şeydayev fərqlənib.

Oxu.Az xəbər verir ki, Sankt-Peterburqda keçirilən görüşdə Şeydayev sabiq komandası ilə görüşə start heyətində başlayıb.

Ardıcıl üç qol buraxan qonaqlar ilk hissənin sonuna yaxın iki qolla fərqi azaldıb. Bu qollardan birincisində – 40-cı dəqiqədə Ramil Şeydayevin ötürməsi ilə Denis Tkaçuk fərqlənib.

Şeydayev üçün ikinci hissə uğursuz alınıb. 48-ci dəqiqədə ilk, bundan yarım saat sonra isə ikinci sarı vərəqə ilə cəzalandırılan Ramil oyunu başa çatdıra bilməyib. “Zenit” isə daha bir qol vuraraq yekunda 4:2 hesablı qələbə qazanıb.

Yeri gəlmişkən, oyundan sonra keçirilən mətbuat konfransında Samara klubunun monteneqrolu baş məşqçisi Miodraq Bojoviç futbolçumuzun qırmızı vərəqədə heç bir günahının olmadığını bildirib. O, ilk sarı vərəqədə davanı rəqib futbolçunun başladığını söyləyib.

Qeyd edək ki, Ramil Şeydayev növbəti tur – mayın 5-də “Ufa” ilə görüşü buraxmalı olacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri