10 
May
2019
16:48
224
334
31490
Virtual karabakh

Mahir soyadından və atasının adından rəsmən imtina etdi - FOTO

10 May, 2019
16:48
31490

Mahir soyadından və atasının adından rəsmən imtina etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ailəsindəki qalmaqal səbəbindən soyadını dəyişməsi ilə gündəmi zəbt edən “Qarabağ”ın və milli komandanın məşhur futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb.

Oxu.Az xəbər verir ki, futbolçu təkcə Mədətov soyadından deyil, eləcə də, atası Anarın adından imtina edib.

Aldığı yeni nəsil şəxsiyyət vəsiqəsində Mahirin soyadı “Emreli”, ata adı isə “Mahir” olaraq yazılıb.

Qeyd edək ki, Mahirin bu cür addım atmasına səbəb son günlər ailəsində yaşanan problemlərdir. Belə ki, futbolçunun atası, prodüser Anar Mədətov oğlunun anası Elnurədən rəsmi şəkildə boşanmamış, başqa xanımla ailə qurub. Mahirin buna reaksiyası isə kəskin olub. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri