24 
May
2019
11:47
156
19
2720
Virtual karabakh

Arsen Venqer: “Arsenal” və “Çelsi”nin Bakıda problemi olmamalıdır

24 May, 2019
11:47
2720

Arsen Venqer: “Arsenal” və “Çelsi”nin Bakıda problemi olmamalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdakı şərait hər iki komanda üçün eynidir.

Oxu.Az xəbər verir ki, bunu hazırda Qətərin “beIN Sports” telekanalında mütəxəssis kimi çalışan Arsen Venqer deyib.

“Arsenal”ın 69 yaşlı sabiq baş məşqçisi telekanalın qarşısına şərt qoyub:

“22 il işlədiyim “Arsenal”ın oyunlarında mütəxəssis kimi çıxış edə bilmərəm. Mən onların oyununa azarkeş kimi baxıram. Onlar qalib gələndə sevinirəm, pis oynayanda məyus oluram. Ona görə də Bakıdakı finala getməyəcəyəm”.

O, daha sonra final oyununun Bakıda keçirilməsi ilə bağlı danışıb. Təcrübəli mütəxəssis onu bildirib ki, şəraitdən heç bir komandanın şikayətlənməyə haqqı yoxdur:

“Final finaldır. Komandaların Bakıda problemi olmamalıdır. Onlar ideal şəraitdə qalır, çarter reysi ilə uçur, təyyarədə gözəl biznes yerlərdə otururlar. Yalnız fanatlar üçün bunu demək olmaz”.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri