İyn
2019
17:33
187
37
3312
Virtual karabakh

UEFA-dan BOS-a fəxri mükafat

5 İyn, 2019
17:33
3312

UEFA-dan BOS-a fəxri mükafat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2015-ci ildən fəaliyyətə başlayan və hər il azı bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu (BOS) UEFA tərəfindən mükafatlandırılıb.

Oxu.Az xəbər verir ki, aralarında “Allianz Arena”, “Aviva Stadium”, “Kamp Nou” və “Santiago Bernabeu” kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.  

BOS UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək UEFA Avropa Çempionatı 2020-nin əsas stadionlarından biridir.

Xatırladaq ki, mayın 29-da Avropanın ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutub. AFFA və Yerli Əməliyyat Komitəsi əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarının yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işləri, könüllülərin xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı bir daha mötəbər idman tədbirlərinə daim hazır olduğunu sübut edib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri