İyn
2019
09:26
97
211
7491
Virtual karabakh

Salah namaz qıla bilmədi, fanatları və jurnalistləri ittiham etdi

6 İyn, 2019
09:26
7491

Salah namaz qıla bilmədi, fanatları və jurnalistləri ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Misir millisinin hücumçusu Məhəmməd Salah fanatlar və jurnalistlər üzündən bayram namazını qıla bilməyib.

RİA Novosti xəbər verir ki, valideynlərin yaşadığı ev futbol həvəskarları və media nümayəndələri tərəfindən “mühasirə”yə alındığından Salah evdən çıxa bilməyib və nəticədə məscidə getməyib.

Futbolçu ona namaz qılmağa mane olan insanları tənqid edib.

“Bəzi jurnalistlər və sadə insanlar elə ediblər ki, insan evindən çıxa və gedib bayram namazını qıla bilmir. Bunun pərəstiş etdiyin insana sevgiyə aidiyyatı yoxdur. Bunun adı şəxsi həyata olan haqqa hörmətsizlik və peşəkarlığın olmamasıdır”, - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri