10 
İyn
2019
10:52
184
10
2080
Virtual karabakh

Azərbaycan karateçiləri Çində iki medal qazandılar

10 İyn, 2019
10:52
2080

Azərbaycan karateçiləri Çində iki medal qazandılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçiləri Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində iki bürünc medal qazanıblar. 

Oxu.Az xəbər verir ki, milli üzvlərindən Firdovsi Fərzəliyev (60 kq) və Pənah Abdullayev (84 kq) mötəbər turnirdə III yeri tutublar.

Onlar bununla reytinq cədvəllərində mövqelərini də möhkəmləndiriblər. 

Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün IV mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib. 

Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan yığma üzvləri iyunun 11-də Bakıya dönüb II Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri