12 
İyn
2019
12:19
66
52
4175
Virtual karabakh

Qvardiola “qoca sinyora”nın 20 milyonluq təklifini rədd etdi

12 İyn, 2019
12:19
4175

Qvardiola “qoca sinyora”nın 20 milyonluq təklifini rədd etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Turinin “Yuventus” klubu italiyalı baş məşqçi Massimiliano Alleqriyə əvəz axtarır. Potensial variantlardan biri hazırda “Mançester Siti” klubunu çalışdıran Xosep Qvardiola olub.

Bu barədə “Eurosport” məlumat yayıb.

“Qoca sinyora”nın baş məşqçisi postuna ən iddialı namizədlərdən biri Maurisio Sarri olsa da, “Yuventus” rəhbərliyi Qvardiolanı bu vəzifəyə gətirmək istəyir. Məlumata görə, Qvardiolaya ilə 20 milyon avrodan çox məvacib təklif olunub. Bununla belə, ispaniyalı “Yuventus”un təklifinə rədd cavabı verib.

Alleqrinin “Yuventus”dan getməsi xəbəri hələ may ayında yayılıb. İtaliyalı 2015-ci ildən bəri Turin komandasını çalışdırıb, “qoca sinyoraya” beş dəfə A Seriyasında çempionluq qazandırıb.

Qvardiolaya gəlincə, ispaniyalı mütəxəssis komandasını İngiltərə çempionatının 2018/2019-cu il mövsümünün qalibi edib. Bu, onun “Siti”yə gəlişindən bəri ikinci çempionluğudur. Buna qədər “Bavariya” və “Barselona” klublarında baş məşqçi olub. Üç dəfə İspaniya, iki dəfə Almaniya çempionatının qalibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri