16 
İyn
2019
03:30
67
14
3279
Virtual karabakh

Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu

16 İyn, 2019
03:30
3279

Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Latviyalı Mayris Briedis Ümumdünya Boks Superseriyasının (WBSS) ikinci mövsümünün 90,71 kq-ə qədər çəki kateqoriyasında finalçısı olub.

Oxu.Az xəbər verir ki, o, Riqada baş tutan 12 raundluq döyüşün üçüncü raundunda polşalı Kşiştof Qlovatski üzərində texniki nokautla qələbə qazanaraq Ümumdünya Boks Təşkilatının (WBO) versiyası üzrə dünya çempionu adını alıb.

Final döyüşündə M.Briedisin rəqibi kubalı Yuniel Dortikos olacaq. Qeyd edək ki, Y.Dortikos Riqada keçirilən digər yarımfinalda amerikalı Endrü Tabitini 10-cu raundda nokauta yollamaqla qələbə qazanmışdı.

Ümumdünya Boks Superseriyası hər il professional boksçular arasında keçirilən turnirdir. Qalib Məhəmməd Əli Kubokunu və 10 milyon dollar məbləğində pul mükafatı alır. Turnirin ümumi mükafat fondu isə 50 milyon dollar təşkil edir. Birinci mövsümdə turnirin qalibləri Usik (90,71 kq-a qədər çəki kateqoriyası) və britaniyalı Kallum Smit (76,2 kq-a qədər) olmuşdular.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri