16 
İyn
2019
04:09
89
17
2863
Virtual karabakh

“Bavariya” “Borussiya” ilə razılığa gəldi - Hummels satılır

16 İyn, 2019
04:09
2863

“Bavariya” “Borussiya” ilə razılığa gəldi - Hummels satılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dortmundun “Borussiya” klubunun rəhbərliyi Münhenin “Bavariya” komandasının mərkəzi müdafiəçisi Mats Hummelsin transferi ilə bağlı razılığa gəlib.

Bu barədə “Bild” məlumat verir.

30 yaşlı oyunçunun transferi “Borussiya”ya 20 milyon avroya başa gələcək. Müdafiəçi artıq klubla şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.

M.Hummels “Bavariya”nın yetirməsidir. O, münhenlilərin əsas komandasının tərkibində 2007-ci ildə çıxış etməyə başlayıb. 2007/08 mövsümünün ortasında “Borussiya”ya keçmiş, 2016-cı ilin yayında isə yenidən “Bavariya”ya qayıtmışdı.

Alman futbolçu 2018/19 mövsümündə Münhen komandasına Almaniya Bundesliqasının çempionu olmağa, eləcə də ölkə Kuboku və Superkubokunu qazanmağa kömək etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri