18 
İyn
2019
01:35
218
17
2544
Virtual karabakh

Üç güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəlib

18 İyn, 2019
01:35
2544

Üç güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından  bildirilib ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.

Dörddəbir finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb.

Digər idmançımız Nihad Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. N.Məmmədli növbəti qarşılaşmada türkiyəli güləşçidən güclü olub və o da yarımfinala adlayıb.

Güləşçilərimizdən Xasay Həsənli qitə birinciliyinə inamla başlayıb. Həmyerlimiz ilk görüşündə macarıstanlı rəqibini vaxtından əvvəl məyus edib. X.Həsənli Xorvatiya idmançısına da göz açmağa imkan verməyib. Rəqibinə ilk hissədə qalib gələn Xasay yarımfinala yüksəlib.

Əlisəftər Məmmədli moldovalı güləşçiyə, Əli Fərmanov isə Ukrayna idmançısına məğlub olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri