18 
İyn
2019
05:37
67
42
3388
Virtual karabakh

Rusiya millisinin müdafiəçisi “Beşiktaş”ın maraq dairəsində

18 İyn, 2019
05:37
3388

Rusiya millisinin müdafiəçisi “Beşiktaş”ın maraq dairəsində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fənərbaxça”nın rusiyalı müdafiəçisi Roman Noyştedter digər İstanbul təmsilçisi “Beşiktaş”a keçə bilər. Bu haqda futbolçunun özü məlumat verib.

Onun sözlərinə görə, “Beşiktaş”ın yeni baş məşqçisi Abdulla Avci rusiyalını komandasında görmək istəyir.

“Yaxın zamanda keçidimə aydınlıq gətiriləcək. Buna görə İstanbuldan getməyə tələsmirəm. Rusiyadan və Almaniyadan gələn təklifləri hələlik qırağa çəkmişəm”, - deyə, futbolçu bildirib.

Bu il iyunun 30-da R. Noyştedterin “Fənərbaxça” ilə müqaviləsi bitir. 2018/19 mövsümündə o, 31 dəfə “sarı-lacivert”lərin formasını geyib və bu oyunlarda 2 qola imza atıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri