21 
İyn
2019
10:14
94
170
3808
yuxarı
Tünzalə Minskdə Avropa Oyunları öncəsi mahnı oxudu - FOTO/VİDEO
21 İyn, 2019
10:14
3808
94
170
Tünzalə Minskdə Avropa Oyunları öncəsi mahnı oxudu - FOTO/VİDEO
Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları öncəsi “Azərbaycan Günü” keçirilib.
Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Milli Olimpiya Komitəsinin sədri Çingiz Hüseynzadə tədbirdə çıxış edib.
Sonra II Avropa Oyunlarının azərbaycanlı səfiri, Əməkdar artist Tünzalə Ağayeva bir neçə mahnı ifa edərək, belaruslu sakinlərə əyləncə dolu anlar yaşadıb.
Həmçinin tədbir iştirakçıları milli şirniyyatlar - paxlava, şəkərbura və Azərbaycan şirəsinin dadına baxmaq imkanı əldə ediblər.
Qeyd edək ki, bu gün Minskdə “İsrail Günü” də qeyd olunacaq.
Səbuhi Musayev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək