22 
İyn
2019
20:00
519
26
8412
Virtual karabakh

Azərbaycan Avropa Oyunlarında dördüncü medalını qazandı – YENİLƏNİB

22 İyn, 2019
20:00
8412

Azərbaycan Avropa Oyunlarında dördüncü medalını qazandı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan II Avropa Oyunlarında dördüncü medalını qazanıb. 

Oxu.Az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, akrobatika növündə qarışıq cütlük Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovadan ibarət duet bürünc medala sahib olub. 

Balanslı hərəkətlərdə 28,160 bal toplayan cütlük Artur Belyakov - Volqa Melnik (Belarus) duetindən 0,330 xal, Viktoriya Aksyonova - Kirill Startsev (Rusiya) duetindən isə 0,70 xal geri qalıb. 

Qeyd edək ki, daha əvvəl Abdulla əl-Məşayxi - Ruhidil Qurbanova dueti dinamik hərəkətlərdə gümüş medal əldə edib. 

18.25

Azərbaycan II Avropa Oyunlarında daha bir medal qazanıb.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, 57 kq çəki dərəcəsində güləşən samboçumuz Mehman Xəlilov Maksim Manukyanla qarşılaşıb.

İdmançımız erməni rəqibini döşəyə çıxmağa peşman edib. Mehman 9:1 hesabı ilə qalib gələrək Azərbaycana ilk bürünc medal qazandırıb.

68 kq çəki dərəcəsində güləşən samboçumuz Emil Həsənov isə bolqarıstanlı Martin İvanova ağrıdıcı fənd edərək vaxtından əvvəl qalib gəlib. Bununla da Azərbaycan daha bir medal qazanıb. 

Xatırladaq ki, daha əvvəl Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı cütlüyü akrobatikanın dinamik hərəkətlər növündə gümüş medal qazanmışdı.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri