23 
İyn
2019
19:42
470
60
7089
Virtual karabakh

Azərbaycanlı samboçudan Avropa Oyunlarında gümüş medal - YENİLƏNİB

23 İyn, 2019
19:42
7089

Azərbaycanlı samboçudan Avropa Oyunlarında gümüş medal - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Ağasif Səmədov (-52 kq) finalda dünya çempionu erməni idmançısı Tiqran Kirakosyana 0:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Bununla bu, Azərbaycanın yeddinci medalı olub. Olimpiya millimiz daha əvvəl iki gümüş və dörd bürünc medal qazanmışdı.

13:36

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu finala çıxıb.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, idmançımız Ağasif Səmədov (-52 kq) belaruslu rəqibini məğlub edərək finalda erməni Tiqran Kirakosyana rəqib olub.

Qeyd edək ki, bu gün daha bir samboçumuz Abdulla Abdullayev (-74 kq) də təsəlliverici yarışda erməni rəqibi ilə güləşəcək.

13.19

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu erməni idmançısına rəqib olub.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Ağasif Səmədov (-52 kq) 1/4 finalda litvalı rəqibini 5:0 məğlub edərək yarımfinala çıxıb.

Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olub.

Cavidan Qarayev (-62 kq) yunan rəqibinə məğlub olub. O, təsəlliverici yarışda estoniyalı Vadim Fominlə qarşılaşacaq.

Abdulla Abdullayev (-74 kq) ilk görüşündə xorvatiyalı rəqibinə uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışda Arsen Qazaryana rəqib olub.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri