İyl
2019
17:40
22
292
3616
Virtual karabakh

Erməni hakim-inspektor “Neftçi”nin oyununa təyinat aldı

2 İyl, 2019
17:40
3616

Erməni hakim-inspektor “Neftçi”nin oyununa təyinat aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Sperantsa” - “Neftçi” matçının təyinatları açıqlanıb.

Oxu.Az xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcək. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

Xatırladaq ki, iyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” - “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Məlumat üçün bildirək ki, Tim Marşal iyunun 6-da 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Lixtenşteyn – Azərbaycan (1:0) oyununu idarə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri