İyl
2019
22:50
263
19
4239
Virtual karabakh

Azərbaycan Universiadada ilk medalını qazandı

5 İyl, 2019
22:50
4239

Azərbaycan Universiadada ilk medalını qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında ilk medalını qazanıb.

Oxu.Az-ın xəbərinə görə, II Avropa Oyunlarında Azərbaycana bürünc medal qazandırmış Hidayət Heydərov (-73 kq) bu yarışda da əliboş qalmayıb.

O, yalnız finalda rusiyalı Yevgeni Prokopçuka qızıl xal hesabında uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün mübarizə aparan digər cüdoçumuz – bayraqdarımız Murad Fətiyev (-81 kq) ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

Onu da bildirək ki, medal sıralamasında Azərbaycan bir gümüş medalla 8-ci sırada qərarlaşıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri