İyl
2019
21:26
179
82
16886
Virtual karabakh

Həbib Nurməhəmmədovun rinqdənkənar “döyüşü” alınmadı - VİDEO

7 İyl, 2019
21:26
16886

Həbib Nurməhəmmədovun rinqdənkənar “döyüşü” alınmadı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Döyüşləri qədər qalmaqalları ilə də məşhur olan yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun adı yenə insidentdə hallanıb.

“MMA Junkie” xəbər verir ki, qarışıq növlər üzrə müxtəlif titulların sahibi olan rusiyalı döyüşçü amerikalı həmkarı Neyt Diasla əlbəyaxa olub.

İnsident Las-Veqasdakı UFC 239 Beynəlxalq Döyüş Həftəsi zamanı baş verib. Yarışları izləyən Həbib Diasın onun oturduğu zonaya yaxınlaşmasından sonra amerikalıya etirazını bildirib.

Qarşılığında sərt cavab alan rusiyalı ayağa qalxaraq cavabını yumruqları ilə vermək istəyib.

Ətrafdakı insanların və mühafizəçilərin müdaxiləsi hadisə böyümədən sakitləşdirilib.

Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə döyüşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri