13 
İyl
2019
05:38
54
63
5641
Virtual karabakh

De Lixt ikinci ən bahalı müdafiəçi olur

13 İyl, 2019
05:38
5641

De Lixt ikinci ən bahalı müdafiəçi olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Yuventus” klubu “Ayaks”ın müdafiəçisi Mateys de Lixtin 82 milyon avroya transferi ilə bağlı razılığa gəlib. 

TASS bildirir ki, maaşı 12 milyon avro təşkil edən 19 yaşlı müdafiəçi 3 milyon avro məbləğində bonus da alacaq.

Futbolçunun agenti Mino Rayolanın bu transferdə 12 milyon avro qazanacağı qeyd edilir. Beləliklə, de Lixt tarixdə ikinci ən bahalı müdafiəçi adını qazanmış olacaq. 

Qeyd edək ki, ən bahalı müdafiəçi isə 2018-ci ilin yanvarında “Sauthempton”dan “Liverpul”a 84,5 mln avroya transfer olunmuş holland Vircil van Deykdir. 

Ötən mövsümdə Mateys de Lixt “Ayaks”ın tərkibində yeddi qol vurmaqla və dörd məhsuldar ötürmə etməklə 55 görüş keçirib. De Lixt klubun tərkibində Hollandiya çempionu (2018/19) və Hollandiya Kubokunun (2018/19) sahibi olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri